Bu gün səhər Ələt-Astara magistralında baş vermiş dəhşətli yol qəzasında həlak olan 4 nəfərdən biri tələbədir.
Unikal.org xəbər verir ki, Yardımlı rayon Kürəkçi kənd sakini, 20 yaşlı Cavid Yaqubov Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.Bir neçə gün əvvəl ona əsgərliyə getməsi üçün çağırış vərəqəsi gəlib. Cavid da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.
Famil Fərhadoğlu