Space Tv-də Amil Xəlilin təqdim etdiyi «Gəl dərdini danış» verilişində inanılmaz anlar yaşanıb.
Unikal.org xəbər verir ki, Qəbəblə sakini Minayə xanım verilişə müraciət edərək rəsmi əri Seyfəddin bəy birinci arvadınıda evə gətirdiyini bildirdi. İki arvadı ilə evdə qalan adam qadınların əlbəyaxa davalarının arasında qalıb. Seyfəddinin birinci arvadı Şəfaqət xanım evdə qalacağını bildirsə də, Minayə xanım bu istəyə qarşı çıxıb. Tərəflər arasında düşən mübahisəyə polis qarışıb.
Qeyd edək ki, Şəfaqət xanım məhkəmənin qərarı ilə evə köçürülüb.