Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayonun Aşağı Ləki kəndində yaşayan seçicilərlə görüşdü. 

Unikal.org xəbər verir ki, görüşdə çıxış edən millət vəkili Cavid Osmanov son 15 il ərzində ölkədə görülən işlərdən, əldə olunan uğurlardan danışdı. Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan millət vəkili bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icra olunduğu bildirən millət vəkili qetd etdi ki, 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramlarının icrası nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur. Görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. 2004-2018-ci illərdə orta aylıq əmək haqqı 7 dəfə, orta aylıq pensiyalar 9,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 2004-cü ildəki 44,7 faizdən 2018-ci ildə 5,1 faizə düşüb. Ölkəmizdə sənaye parkları və məhəllələri yaradılıb. Son 15 ildə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunub. 

Son aylar ərzində imzalanan Fərman və Sərəncamlara diqqət cəkən Cavid Osmanov qeyd etdi ki, qəbul olunan bu sənədlərin hər biri sosial yönümlüdür və cənab Prezidentimizin ölkə vətəndaşlarının sosial rifah halının daim yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin bariz göstəricisidir.

Cavid Osmanov son dövrlərdə anti-Azərbaycan dairələrin və ermənipərəst qüvvələrin ölkəmizə qarşı iyrənc kampaniyalar aparmaq niyyətində olduğu haqqında da görüş iştirakçılarına məlumat verdi. Bu işdə radikal müxalifətin və anti-milli ünsürlərin maddiyyat qarşılığında həmin dairələr tərəfində alətə çevildiklərini və belə şəxslərə lazimi cavabların verilməsinin vacibliyi qeyd olundu.

Görüşdə çıxış edənlər – Vacib Həsənov, Amil Ağayev, Əvəz Kərimov, Mahir Abdullayev, şərəbanı Feyzullayeva və Ələddin Yusifov bildirdilər ki, ölkəmiz doğurdan da son dövrlər sürətli inkişaf mərhələsinə qədəm qoyub və ölkədə insanların sabitlik, əmin-amanlıq şəraitində yaşaması, dövlət tərəfindən bütün problemərin zamanında həll edilməsi onların ürəyincədir. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını və bundan sonra da onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.