Ucar rayonunda intihar hadisəsi baş verib.

Unikal.org ona.az-a  istinadən xəbər verir ki, hadisə mayın 31-də axşam saatlarında rayonun Küçəkənd kəndində qeydə alınıb. 

Kənd sakini 2002-ci il təvəllüdlü İman Taleh oğlu Xəlilovun asılmış meyitini yaxınları tövlədə aşkar ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.