Bakı şəhərinin Xətai rayonunda mağaza yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda bir-birinə bitişik ümumi sahəsi 28 m², digərinin sahəsi 60 m² olan iki mağazanın yanar konstruksiyaları yanıb. Digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.