Bakıda bəzi yerlərdə suyun verilməsində məhdudiyyət yaranacaq.
Unikal.org “Azərsu” ASC istinadla xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 07 və 08 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.