Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimə olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki köşklərdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə həmin köşklərin 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokollar tərtib edilib.