Bakının Səbail rayonunda piyada avtomobil zərbəsi nəticəsində xəsarət alıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, Şıxov qəsəbəsində baş vermiş avtoqəza zamanı 1997-ci il təvəllüdlü Məmmədov Elvin Rafiq oğlunu naməlum avtomobil vurub. E.Məmmədov yaralı halda Yasamal rayonu ərazisindəki Qış parkında tapılaraq 1 saylı KTM-ə çatdırılıb. 

Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.