Təhsil naziri Ceyhun Bayramov "Son zəng" münasibəti ilə Qubadlı rayonu, Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində olub.
Unikal.org xəbər verir ki, məcburi köçkünlər üçün salınan yaşayış məskənindəki məktəbdən 28 11-ci şagirdi məzun olur. Ümumilikdə isə məktəbdə 202 şagird təhsil alır.
Təhsil naziri Ceyhun Bayramov məzunlara uğurlar arzulayıb:
"Əziz məzunlar, 11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hər tərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynlərimiz üçün gözəl övladlar, müəllimlərimiz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız".