
İyunun 18-də Xəzər dənizində 3,7 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən unikal.org-a verilən məlumata görə, yerli vaxtla saat 09:54-də qeydə alınan yeraltı təkanın ocağı 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.