Bakının Nizami rayonunda bədbəxt hadisə olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, M.Rüstəmov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Ruziyyə Hacıyeva yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb.

Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Onun ehtiyatsızlıqdan yıxıldığı bildirilir.

Hadisənin təfərrüatlarını Nizami rayon Prokurorluğu araşdırır.