İraqda növbəti terror hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, bu haqda Tuz-Xurmatu şəhər administrasiyasının nümayəndəsi Məhəmməd Fek xəbər verib. 
Onun sözlərinə görə, Tuz-Xurmatu şəhərində avtomobildə quraşdırılmış bombanın partlaması nəticəsində iki mülki sakin, bir polis əməkdaşı həlak olub. 
Terror aktı nəticəsində 12 nəfər xəsarət alıb.
Hazırda şəhərdə İŞİD terror qruplaşmasının silahlıları ilə kürd peşmərgələri arasında döyüşlər gedir.