Meksikanın Sinaloa ştatının Rosario munisipində yeddi başı kəsilmiş meşəqıranın meyiti aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə ştatın prokurorluğundan məlumat verilib.
Məlumata görə, onların meyitləri dünən aşkarlanıb. "Correo del Sur" portalının xəbərində bildirilir ki, meşə qıranların hər birinin başı mişarla kəsilib. 
Meyitlərin yaxınlığında meşəqıranlara məxsus avtomobil də aşkarlanıb.