Kürdəmirdə yaş yarımlıq körpə həyətyanı sahədəki gölməçəyə düşərək ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.

Belə ki, Allahverənov Allahverən Ehtiram oğlu həyətdə oynayarkən qəfil sürüşərək gölməçəyə düşüb. Nəticədə körpə suda boğularaq dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.