Bakıda döyülmə hadisəsi baş verib. 

Unikal.org "Report"a istinadən  xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Abbasov İman Astan oğlu yaşadığı Əsədullayev küçəsi, ev 47 ünvanında naməlum şəxs tərəfindən döyülüb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.