Bakının Nizami rayonunda yanğın baş verib.

Unikal.org APA-ya istinadən  xəbər verir ki, hadisə Qara Qarayev prospekti 35a ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisində qeydə alınıb.

Əraziyə FHN-in bir neçə yanğınsöndürən maşınları və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, yanğın qısaqapanmadan qaynaqlanıb. 
Binada yaşayan 10-dan artıq sakin dərhal təxliyyə edilib. Onların arasında zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğın artıq söndürülüb. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə binaya elektrik və qazın verilişi müvəqqəti dayandırılıb.