Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yeniyetmə velosipedlə məhəccərə çırpılaraq xəsarət alıb.

Unial.org "Report"a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Məcidli Əli kəllə-beyin travması və üzün çoxsaylı əzilmiş-kəsilmiş yaraları ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstə həkimlərin müayinəsinə götürülüb.