Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, rayonun 1971-ci il təvəllüdlü Ayət Bayramov Köçəsgər kəndində küt linglə möhkəm döyülüb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, onu mübahisə zəminində həmkəndlisi döyüb.

Faktla bağlı araşdırma aparılır.