Ötən gecə Astarada minik avtomobili körpüdən aşıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsinə  sərnişinlər - Yektarə Cəfərova (1962), Ağabəyim Cəfərli (1992) və Abdulla Cəfərli (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində Y. Cəfərovanın müalicəsi davam etdir. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.