Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb. 

15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.