Səhərlər əlavə 5 dəqiqə yatmaq üçün zəngli saatı təxirə salmaq insan orqanizminə xeyirdən çox, ziyan gətirir.
Unikal.org xəbər verir ki, bu iddia ilə tanınmış ekspert Stiven Bender çıxış edib.
O, "Popular Science" nəşri üçün qələmə aldığı məqalədə zəngli saatı təxirə salmanın ziyanlarını göstərib. Ekspertin fikrincə, gündəlik işləyən şəxslərin mütəmadi olaraq zəngli saatı 5 dəqiqə təxirə salması yuxu pozğunluğunu göstərir. Yuxu pozğunluğu isə yüksək təzyiq, yaddaş problemləri, hətta çəki artımı ilə nəticələnir.
İnsanların çoxu 7 və 8 saatlıq yuxuya ehtiyaclıdır. Bu müddət NREM (səssiz yuxu, yuxunun ilk hissəsi) və REM (bədən əzələlərinin hərəkət etdiyi, adətən yuxu gördüyümüz hissə) kimi tanınır. Əgər bu proses yuxu zamanı pozularsa, deməli buna maneə törədən səbəblər var.
Stiven Benderin fikrincə, yuxu pozğunluğu yaradan bir neçə amil var;
1. Elektron qəlyan və siqaretdən
2. Spirtli içiki
3. Yatmağa yaxın yemək.