Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayonun Ovculu kənd sakinlərindən daxil olmuş müraciətlə əlaqədar kəndə gələrək problemlərlə yerində tanış olub.
Unikal.org xəbər verir ki, kənd sakinlərinin bir qrupu ilə görüşən millət vəkili qəzalı vəziyyətdə olan elektrik transformatoruna, eyni zamanda qazılaraq lildən təmizlənməli olan su arxına baxdı. Kənd sakinləri ilə söhbət zamanı qaldırılan problemlərin həlli ilə bağlı fikir və təkliflərini də Cavid Osmanova çatdırdılar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildirdilər. Millət vəkili onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qısa müddətdə həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, rayonun aidiyyatı qurumlarına müraciət olunacağını bildiridi. Son illlərdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə və Ağdaş rayonunda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə məlumat verən Cavid Osmanov qeyd etdi ki, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən digər problemlər də öz həllini tapacaqdır.