“Kənd Təsərrüfatı Nazirliyi"nə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nın daha bir “Kənddən Şəhərə” mağazasının açılışı olacaq.
Bu barədə Unikal.org-a MMC-nın mətbuat katibi Mayis Musayev bildirib.
Onun sözlərinə görə, mağazanın açılışı yaxın günlərdə baş tutacaq: “Mağaza Əhmədli qəsəbəsində yerləşəcək”.
"Dövlət Aqrar Ticarət Şirkəti"nin kiçik və orta fermerlərə dəstəyi çərçivəsində Nizami küçəsi,154B ünvanında “Kənddən Şəhərə” mağazası fəaliyyət göstərir.
Xatırladaq ki, "Dövlət Aqrar Ticarət Şirkəti" 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahını artırılmasına xidmət etməkdir.