Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.
Unikal.org xəbər verir ki, rayonun 28 may küçəsində yerləşən Mirsərraf Yəhyayevə məxsus fərdi yaşayış evi qəfildən yanmağa başlayıb. FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsinin hadisə yerinə cəlb olunması sayəsində alov lokallaşdırılıb. Yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.