Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirləndirilən Əşrəf Kabulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org xəbər verir ki, Bakı Ağrı Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib. Qeyd edək ki, Ə.Kabulov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Xatırladaq ki, o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova və digərlərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.