Salyanda bir uşaq anası intihar edib.
Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarabağlı kənd ərazi nümayəndəliyinə daxil olan Kolanı kəndində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Xəlilova İradə Pərvaz qızı yaşadığı evin arxa hissəsindəki çardaqdan özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.