Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsi “İqtisadiyyat” kafedrasının əməkdaşları dos.Vüqar Nəzərov, dos.Səkinə Hacıyeva və i.ü.f.d.Camal Hacıyev Türkiyə Respublikasının İstanbul şəhərində 18 ölkənin dəstəyi ilə təşkil olunan beşinci “V.TURKCESS” Uluslararası Eğitim və Sosyal Bilimler Kongresində iştirak ediblər.

Unikal.org xəbər verir ki, üç gün davam edən tədbirdə müxtəlif istiqamətlər üzrə maraqlı və yaddaqalan çıxışlar dinlənildi.

ATMU əməkdaşları  Vüqar Nəzərov və Lamiyə Qasımovanın “The role of financial and account infrastructure in the development of securities market”, Səkinə Hacıyeva, və Camal Hacıyevin “İmpact of financial institutions on the development of investment processes”, mövzusuna həsr etdikləri elmi tədqiqat yönümlü məqalələri iştirakçılar tərəfindən maraqla qarşılandı.