Xaçmaz sakini bıçaqlanıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb.
Hazırda cinayəti törədən şəxs və şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.