Ağdamda 17 yaşlı gənc suda boğularaq ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.
Quliyev Elmir Yalçın oğlu qəsəbə ərazisindəki göldə çimərkən boğulub.
Onun meyitinin sudan çıxarılması istiqamətində axtarış işləri aparılır.