Türkiyə futbolunda daha bir faciəvi hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 19 yaşlı futbolçu Serhat Cinemre avtomobil qəzasında həyatını itirib.
Qardaş ölkə mətbuatının yazdığına görə, olay İzmit bölgəsində baş verib. Qəza nəticəsində Cinemre ölüb, avtomobildə olan digər iki nəfər isə yaralanıb.
Qeyd edək ki, Serhat Türkiyə 3-cü Liqa klubu "24 Erzincanspor"da çıxış edirdi.