Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Hərəkatının (AXH) iyulun 20-nə təyin etdiyi yürüşlə bağlı müraciətinə cavab verib.
Unikal.org xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və yürüşün keçirilməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat verilib.
Qeyd edək ki, yürüşün "AMAY" Ticarət Mərkəzindən Xətai Rayon İcra hakimiyyətinin binasına qədər keçirilməsi nəzərdə tutulurdu.