ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Unikal.org xəbər verir ki, iyulun 22-də baş tutacaq səfər çərçivəsində Suriyada təhlükəsiz zonanın yaradılması, Mənbic yol xəritəsinin reallaşdırılması, İŞİD, PKK daxil olmaqla digər terror təşkilatlarına qarşı mübarizə, Suriya probleminin siyasi həlli, ölkənin bərpası və İdlib sazişi və digər problemlər müzakirə olunacaq.
Qeyd edək ki, Ceyms Cefri bu ilin mayında Ankarada rəsmi səfərdə olub, Suriya problemlərinin siyasi həllinə dair məsələlər müzakirə edilib.