Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 biley satılıb. 

Unikal.org-un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, açılış mərasimi üçün biletlər tamamilə satılıb. A.Rəhimov qeyd edib ki, yarışa maraq böyükdür. Onun sözlərinə görə, hətta bəzi arenalarda otaracaqların sayı bilet istəyənlərin sayından azdır.

Nazir vurğulayıb ki, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə, A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir: "O pula gündə 3 dəfə yemək daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir".

Nazir əlavə edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu yarışların keçirilməsi üçün nəzərdə tutulan büdcə daha azdır.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.