Pop musiqisinin kralı Maykl Ceksonun ölümünün 7-ci ildönümü ərəfəsində Qərb mediasında ulduz haqqında dəhşətli xəbərlər yayılıb.
 
Unikal.org anspress-ə istinadən bildirir ki, ABŞ-ın məşhur jurnalı "Radar Online" musiqiçinin evində külli miqdarda uşaq pornoqrafiyası kolleksiyalarının aşkarlandığı barədə yazı dərc edib.

Xəbərdə deyilir ki, Maykl Ceksonun evində axtarış zamanı çoxlu sayda çılpaq oğlan uşaqlarının şəkli və zorakılıq elementləri olan uşaq pornoqrafiya kolleksiyası aşkarlanıb. 

Bütün bunlar müğənninin evinin axtarışından sonra Santa-Barbara polisinin əlində saxlanılan 2003-cü ildə aparılan seks araşdırmalarının hesabatıdır. 13 il bundan əvvəl pop ulduzun pedofiliyada ittiham edilməsindən sonra onun evində axtarış üçün order verilib.

Bundan başqa, Mayklın öz bacısı uşağını yoldan çıxartması da polis hesabatlarında təsdiqini tapıb. Axtarış zamanı ulduzun evindən ağrıdan əzab çəkən, qana boyanmış uşaqların şəkilləri tapılıb.



Pop ulduz öz cinayət əməllərini gizlətmək üçün bütün videoyazılar və fotoları Santa-Barbaradakı evində gizlədib.

Müğəninin kompüterində çoxlu sayda  qadınlarla, kişilərlə, uşaqlarla, yetkinlik yaşına çatmamışlarla müxtəlif porno videolar və fotolar aşakarlanıb.

Maykl Cekson hələ 1993-cü ildə Jordie adlı uşağa təcavüz etdiyi üçün məhkəmə qarşısına çıxıb və zərərçəkmişin ailəsinə o vaxt 27 milyon dollar ödəyərək məsələni ört-basdır edibmiş. Cinayət sənədlərinin o vaxt məhkəməyə təqdim edilməməsi də hələ sual doğuran məsələlərdən biridir.



2013-cü ildə FTB belə bir məlumat yayıb ki, pop kralı 15 il ərzində 24 uşağı zorlayıb. Dəlilləri "Sunday People" qəzetinin ələ keçirdiyi bildirilir. Onun zorlama faktlarının ortaya çıxmaması üçün 35 milyon dollar xərclədiyi də məlum olub. Onun susmaları üçün 3 aktyor uşağa pul verdiyi, məşhur aktyor uşaqlardan birinin ailəsinə isə mətbuatla təmasdan yayınmaq üçün 392 min dollarlıq çek yazdığı aşkara çıxıb. Evində xidmətçi işləyən qadının uşağını zorlayan müğənninin ona da susması üçün 2 milyon dollar ödədiyi bildirilir.

Maykl Cekson 2009-cu ilin 25 iyununda vəfat edib.