Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi online qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinnin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Unikal.org-a açıqlamasında bildirib ki, kassalar səhər saat 07:00-dan 00:00-a qədər sərnişinlərin ixtiyarındadır.

"BBAK-ın əsas məqsədi xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir. Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilməmiz üçün problem yaşadığınız zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşa bilərsiniz. Eyni zamanda facebook adresi və ya [email protected] email ünvanı vasitəsilə də yazıb göndərə bilərsiniz. Çox qısa zaman sonra tamamilə yenilənmiş və müasir standartalara cavab verən məlumat mərkəzi ixtiyarınıza veriləcək".