Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi daha bir insan alveri faktı ilə bağlı məlumat yayıb.
 
Unikal.org idarəyə istinadən xəbər verir ki, 2016-cı il iyun ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1969-cu il təvəllüdlü, Quba şəhər sakini, Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə məhkumluğu olan Qurbanova Elvira Şamil qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
 
Faktla bağlı araşdırma davam etdirilir.