
Dağıstanda kənd məktəbində yanğın baş verib.
"İnterfaks"ın verdiyi məlumata görə, hadisə ötən gecə Şamil rayonunun Teletl kənində qeydə alınıb. İlkin məlumata əsasən ərazidə fəaliyyət göstərən qanunsuz hərbi birləşmə iştirakçıları tərəfindən 2 saylı məktəbdə yanğın törədilib.
Yanğın 200 kv. metr ərazini əhatə edib. Hadisə nəticəsinə heç kəs xəsarət almayıb. (APA)