
Biz keçmiş SSRİ-nin bütün vətəndaşlarına bizə barışıq üçün əl uzatdıqlarına görə minnətdarıq.
Bu sözlər Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayerin "Kommersant" qəzeti üçün yazdığı məqalədə yer alıb.
Məqalə Böyük Vətən Müharibəsinin (1941-1945) başlanmasının 75 illiyinə həsr edilib. Ştaynmayer məqaləsində insanların tarixdən dərs alması gərəkdiyini bildirib. Onun sözlərinə görə, yalnız ümumi səylərlə Avropada stabil dünya nizamını qorumaq olar. (Axar.az )