Avqustun 5-də Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 14.00-da başlayacaq mərasimdə "Qarabağ"la "Neftçi"nin də potensial rəqibləri müəyyənləşəcək.
Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Qarabağ”la APOEL (Cənubi Kipr) cütünün qalibi "səpələnməmişlər" səbətində yer alacaq və rəqibi güclülərin arasından - "səpələnmişlər" səbətindən seçiləcək. Rəqib bu cütlüklərdən birinin qalibi olacaq:
PAOK (Yunanıstan) - Ayaks (Hollandiya)
ÇFR (Rumıniya) - Seltik (Şotlandiya)
Srvena zvezda (Serbiya) - Kopenhagen (Danimarka)
Dinamo (Xorvatiya) - Ferensvaroş (Macarıstan)
APOEL - "Qarabağ” cütünün məğlub komandası mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Həmin komanda "səpələnmişlər" səbətində yer alacaq və rəqibi daha zəiflərin arasından - "səpələnməmişlər" səbətindən seçiləcək. Rəqib Avropa Liqasının III təsnifat mərhələsinin bu cütlüklərindən birinin qalibi olacaq:
Sutyeska (Çernoqoriya) - Linfild (Şimali İrlandiya)
Ludoqorets (Bolqarıstan) - TNS (Uels)
Sarayevo (Bosniya və Herseqovina) - BATE (Belarus)
Astana (Qazaxıstan) - Valletta(Malta)
Slovan (Slovakiya) - Dundalk (İrlandiya)
Avropa Liqasındakı təmsilçimiz "Neftçi” İsrailin "Bney Yehuda" klubunu keçə bilsə, pley-off mərhələsinin püşkatmasına "səpələnməmişlər" səbətində yer alacaq və rəqibi "səpələnmişlər" səbətindən seçiləcək. Rəqib bu cütlüklərdən birinin qalibi olacaq:
Antverpen (Belçika) - Viktoriya (Çexiya)
Brondbü (Danimarka) - Braqa (Portuqaliya)
Vaduts (Lixtenşteyn) - Ayntraxt (Almaniya)
Malmö (İsveç) - Jrinski (Bosniya və Qerseqovina)
Partizan (Serbiya) - Yeni Malatyaspor (Türkiyə)