Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Unikal.org xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir, saat 14:00-da start götürəcək. Püşkdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək. Səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi 4 qarşılaşmadan birinin qalibi olacaq:
PAOK (Yunanıstan) – Ayaks (Hollandiya)
ÇFR (Rumıniya) – Seltik (Şotlandiya)
Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka)
Dinamo (Xorvatiya) – Ferentsvaroş (Macarıstan)