Ermənistan prezidenti Serj Sərkisyan ötən günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.

Son məlumata görə, Qarabağa gələn Ermənistan prezidenti Serj Sərkisyan birbaşa təmas xəttinə yola düşüb və cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) gəlib.

Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzakirə edib.

Xatırladaq ki, aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində də düşmənin müdafiə xəttini yararaq onu geri oturdub, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edib. (Virtualaz.org)