Vergilər Nazirliyi "Skypark" Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb.
Unikal.org nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur.
Qeyd edək ki, Elnur İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun oğludur.