Azərbaycanlı fitnes-model Bahar Nəbiyevanın "Instagram" səhifəsi son zamanlarda böyük populyarlıq qazanıb, belə ki təqibçilərin sayı 400 minə çatıb.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, B.Nəbiyeva sosial şəbəkədə videolarını paylaşmaqla rekord sayda təqibçi qazanıb, bunun nəticəsində isə onun adı və şəkilləri yerli KİV-də peyda oldu.

22 yaşlı B.Nəbiyeva Rusiyada doğulub. "Instagram" təqibçilərinin sayı 390 min, "Facebook"da 30 min, "YouTube"da səkkiz mindir. 

Fitnes-model populyarlığı əzələləri nəticəsində qazanıb. B.Nəbiyeva sosial şəbəkələrdə Azərbaycan və Ukrayna kökənli olduğunu söyləyib.