Rusiyada yaşayan azərbaycanlı Aydan Məmmədova "Youtube"da açdığı "müsəlmanın bloqu" kanalı ilə rus dilli əhali arasında məşhurlaşıb.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, onun açdığı kanalın çox aktiv mövzusu və istiqaməti var. Qız İslam dini haqqında və Rusiyada müsəlman qızların həyatından bəhs edərək müsəlmanlar barəsində yayılan yanlış stereotipləri dağıtmağa çalışır.
Aydan Məmmədovanı "Youtube"da ilk müsəlman rus qızı adlandırırlar. Onun müraciətləri bütün rusdilli auditoriyaya ünvanlanıb.
Ənənəvi azərbaycanlı ailəsində anadan olan Aydan Məmmədova öz müsahibələrində bundan bəhs edib və həttə ayrıca videoçarx da hazırlayıb.