"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı daha bir dəhşətli edamını gerçəkləşdirib.
Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında Məhəmməd əl Qədri adlı gənc edam olunub.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "imperialistlərə, sionistlərə və taquta casusluq"da suçlandırılan gənc şəhər küçələrindən birində mühakimə olunub. Onun "cinayət"ləri sadalanandan sonra Məhəmməd işıq dirəyinə pərçimlənmiş dəmir boruya bağlanıb, çarmıxa çəkilib. İŞİD terrorçusu tapançanı onun alnına dirəyərək atəş açıb, sonra da əlindəki bıçağı onun ürəyinə saplayıb.