Ağcabədidə Xocavənd sakini ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib.
Unikal.org APA-ya istinadən məlumat verir ki, Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.
Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.
Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib.
Mərhumlar Ağdam rayonu Mərzili kənd sakinləridir.
Ağcabədi rayon ərazisində məskunlasıblar.