Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Unikal.org xəbər verir ki, 82 kq çəkidə yer alan Hüseynovun rəqibi iranlı Said Morad Abdval olub.
Görüşün əvvəlində Hüseynov 2:0 hesabı ilə önə çıxıb. Fasiləyədək fərq daha da artıb - 3:1. Lakin ikinci hissənin əvvəlində Abdval 4 xallıq fəndlə üstünlüyü ələ alıb.
Hissənin sonlarında Hüseynov 4 xallıq fərqlə qələbəyə nail olub - 8:5. O, finalda gürcüstanlı Laşa Qobadze ilə üz-üzə gələcək.