Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Unikal.org-un məlumatına görə, turun son matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində ilk qolu 31-ci dəqiqədə Mahir Emreli vurub. 69-cu dəqiqədə isə Abdullah Zubir topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 12-ə çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.

Qeyd edək ki, IV turun digər görüşlərində "Zirə" səfərdə "Sumqayıt"ı (2:1), "Səbail" "Keşlə"ni (2:1), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.