Rusiya prezidenti Vladimir Putin Ankarada İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Unikal.org xəbər verir ki, liderlər Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlıq məsələlərini və İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafındakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu gün Türkiyə, Rusiya və İran prezidentləri arasında Suriyaya dair üçtərəfli zirvə toplantısı keçirləcək.