Şimali Koreyaya məxsus gəminin ekipajı Yapon dənizində Rusiya sərhədçilərinə hücum edib.
Unikal.org “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatında deyilir.
Bildirilir ki, gəmi heyəti hərbçilərə qarşı odlu silahdan atəş açıb və üç rusiyalı sərhədçini yaralayıb.
Məlumata görə, sərhədçilər Yapon dənizinin Rusiyaya aid olan hissəsində brakonyerliklə məşğul olan iki yelkənli gəmi və 11 motorlu qayıq aşkarlayıblar. Gəmilərdən birinin heyəti sərhədçilərə silahlı müqavimət göstərib.
FTX-nin Primorsk diyarı üzrə Sərhəd İdarəsi hadisəni araşdırır.